Sane artıq Münhendədi - Tibbi müayinədən keçdi

Sane artıq Münhendədi - Tibbi müayinədən keçdi
"Mançester Siti"nin vinqeri Leroy Sanenin "Bavariya"ya transferi rəsmiləşmək üzrədi.
Fanat.Az "Sport1"-in jurnalisti Ştefan Kumberqerin "Twitter" hesabına istinadən xəbər verir ki, Münhenə yollanan Sane artıq tibbi müayinənin ilk hissəsini uğurla tamamlayıb. 24 yaşlı futbolçunun bu gün ikinci tibbi yoxlanışdan keçəcəyi bildirilir.
"Bavariya" Saneyə görə "Siti"yə bonuslarla birlikdə toplam 60 milyon avro ödəyəcək. Almaniya millisinin üzvü "münhenlilər"lə 5 illik müqaviləyə imza atacaq və ilinə 17 milyon avro qazanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər