Samsunda əsgər salamı: "Qələbəni şəhidlərimizə həsr edirəm"

Samsunda əsgər salamı: "Qələbəni şəhidlərimizə həsr edirəm"
Xəbər verdiyimiz kimi, 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edən dünya çempionu Cavid Çələbiyev yarımfinal görüşündə Ermənistan boksçusu Aram Avaqyanı 30:25 hesabı ilə məğlub edib.
Görüşdən sonra açıqlama verən Cavid erməni boksçu üzərində qazandığı qələbəni işğal olunmuş torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə həsr etdiyini bildirib:
“Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Bildirmək istəyirəm ki, hər birimiz vətənimiz uğrunda canımızdan keçməyə hər an hazırıq. Biz hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik və vətən uğrunda döyüşməyə hazırıq”.
Qaynar.info
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər