Samir Abasovun 25-ci qələbəsi

Samir Abasovun 25-ci qələbəsi

“Neftçi” baş məşqçisi Samir Abasovun rəhbərliyi altında 25-ci qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, bu, Premyer Liqanın XVII turuna təsadüf edib. Bakı klubu səfərdə “Sabah”ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Mütəxəssisin rəhbərliyi altında 48-ci matçına çıxan “ağ-qaralar” 25 dəfə qalib gəldiyi müddətdə 11 heç-heçə edib və 12 dəfə uduzub.

2020-ci ilin noyabrında “Neftçi”nin baş məşqçisi kimi debüt edən Abasovun yetirmələri Premyer Liqada 22, kubokda 1, avrokuboklarda 2 dəfə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər