"Neftçi"nin baş məşqçisi Samir Abasovun brifinqi təşkil olunub.
Fanat.Az xəbər verir ki, jurnalistlər önünə çıxan 44 yaşlı mütəxəssis komanda ilə bağlı sualları cavablandırıb:
"Qış tətilinə gedəndə futbolçulara proqram vermişdik. Demək olar ki, futbolçular tətilə çıxmayıb. Formalarını qoruyub saxlayıblar. Yalnız Yusuf Laval bir qədər xəstələnmişdi.
"Olimpiakos"dan Mamadu Kanenin mövsümün sonunadək bizdə qalmasını istəmişik".
Abasov Sabir Buqrinin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: "Buqrin hazırda Tunisdədir və yeni klubu ilə danışıqları davam etdirir. Görünən odur ki, bizimlə olmayacaq. Onun getməsini mən və klub istəmirdi. Buqrinin komandadan ayrılması bizim üçün xoş deyil. Onunla danışdıq, bütün fikri getmək idi. Oyunçu bu fikirdədirsə, klub olaraq transferdən qazanc əldə etməyi düşünürük"
Mütəxəssis Harramiz Soareslə də yollarını ayırmaq istədiklərini diqqətə çatdırıb: "Onu ya icarəyə verməyi, ya da danışaraq, müqaviləsini pozmağı düşünürük".