Sağlam da "Traktor"un qələbə həsrətinə son qoya bilmədi

Sağlam da "Traktor"un qələbə həsrətinə son qoya bilmədi

Futbol üzrə İran çempionatında 20-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Türkiyəli mütəxəssis Ertoğrul Sağlamın başçılığı altında ilk oyununa çıxan Təbriz klubu doğma meydanda “Sepahan”la qarşılaşıb. “Traktorçular” bu oyundan qollu heç-heçə ilə ayrılıblar – 2:2. "Traktor"un qollarına Məhəmməd Abbaszadə və "Sumqayıt"ın keçmiş hücumçusu Peyman Babayi imza atıblar. 

Artıq on oyundur qələbəyə həsrət qalan “Traktor” 20 turdan sonra 16 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər