Salahın etdiyini Holand da bacarmayıb

Salahın etdiyini Holand da bacarmayıb

"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında unikal nəticəyə imza atıb.

Fanat.Az xəbər verir ki, Mo 2022/2023 mövsümündən bəri oyun vəziyyətindən (standart vəziyyətlər nəzərə alınmadan) 16 məhsuldar ötürmə ilə yadda qalıb. 

Bu müddət ərzində "qırmızılar"ın 31 yaşlı oyunçusunun etdiyini başqa heç bir futbolçu bacarmayıb. "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne 14, hücumçusu Erlinq Holand isə 12 belə göstərici ilə diqqət mərkəzinə düşüb. Növbəti yerlərdə hərəyə 11 assistlə "Arsenal"dan Bukayo Saka, "Aston Villa"dan Olli Uotkins qərarlaşıblar.

Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"un uğurları üçün çalışır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər