Misirli siyasətçi Abdel Sanad Yamama "Liverpul"un hücumçusu Məhəmməd Salahla bağlı maraqlı fikir səsləndirib.
Fanat.Az xəbər verir ki, o, ulduz futbolçuya maaşının 20 faizini dövlət büdcəsinə köçürməyi təklif edib.
Yamama yalnız Salahın deyil, ölkə xaricində yaşayan digər tanınmış misirlilərin də anoloji addım atmasının tərəfdarı olduğunu açıqlayıb. Sözügedən siyasətçinin fikrincə, belədə, Misir funtunun dəyərdən düşməsinin qarşısı alına və ölkə iqtisadiyyatı sabitləşə bilər.
Qeyd edək ki, Salah "Liverpul"da həftəyə təxminən 1 milyon funt sterlinq əməkhaqqı alır.