Çətin Premyer Liqa mövsümündən sonra tətildə olan "Liverpul"un ulduzu Məhəmməd Salah istirahət şəkillərindən birini sosial şəbəkə hesabında paylaşıb.
Fanat.Az xəbər verir ki, misirli hücumçunun "Instagram"da paylaşdığı şəkil maraqlı reaksiyalara səbəb olub. "Liverpul"un keçmiş oyunçusu, veteran futbolçu Deyan Lovren sabiq komanda yoldaşı ilə zarafat edib. O, Salahın postunun altına “100 faiz fotoşopdur” yazıb. Onun şərhi bir çox pərəstişkarının gülüşünə səbəb olub.
Əvəzində Salahın başqa sabiq komanda yoldaşı, "Stemford Bric"də misirli ulduzla qısa müddət ərzində birgə oynamış "Çelsi"nin keçmiş kapitanı Con Terri 30 yaşlı forvardın bədən quruluşunu tərifləyib: “Mənim bədənim Salahınkına bənzəsəydi, daha çox foto yerləşdirərdim”.
