Şakir oynadı, Asim qələbəni kənardan izlədi

Şakir oynadı, Asim qələbəni kənardan izlədi

Futbol üzrə Latviya çempionatında 10-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular Asim Əlizadəylə Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Tukums”la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Şakir 68-ci dəqiqədə əvəzetmədən oyuna buraxılıb. Asim isə sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb.

Həmyerlilərimizin komandası 10 turdan sonra 15 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər