Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün 4 görüş baş tutub.
“Konyaspor” - “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. Qonaqların heyətində Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə meydanda olub. O, bu matçda sarı vərəqə ilə də cəzalanıb.
“Sivasspor” evdə “Alanyaspor”a uduzub. “Başakşəhər” evdə “Antalyaspor”u, “Trabzonspor” isə “Fatih Karagümrük”ü məğlub edib.
Türkiyə Super Liqası 29-cu tur 8 mart
Qalatasaray – Rizəspor 6:2 Qollar: D.Kon, 9. L.Torreyra, 31. K.Demirbay, 40; 45; 64-pen. M.İkardi, 85 – Hoyer, 38. Olavoyin, 61.
9 mart
Sivasspor – Alanyaspor 1:2 Qollar: Manay, 64 – Koka, 49. O.Aydın, 79.
Konyaspor – Adana Dəmirspor 2:2 Qollar: Çikalleşi, 9-pen; 45-pen – Y.Erdoğan, 32. Balotelli, 87.
Başakşəhər – Antalyaspor 1:0 Qol: Opoku, 90+1.
Trabzonspor – Fatih Karagümrük 5:1 Qollar: Bardi, 32. Biraski, 64-öz qapısına. Trezeqe, 70. Pepe, 76. U.Bozok, 90+3 – Markao, 14.
10 mart
14:30. Kayserispor – Hatayspor 17:00. İstanbulspor – Kasımpaşa 17:00. Samsunspor – Ankaragücü 20:00. Fənərbaxça – Pendikspor
11 mart
21:30. Qaziantep - Beşiktaş