Şahruddinlə Yankoviçin son vəziyyəti nə yerdədir? - AÇIQLAMA

Şahruddinlə Yankoviçin son vəziyyəti nə yerdədir? - AÇIQLAMA

"Qarabağ"ın iki zədəli futbolçusunun son vəziyyətinə aydınlıq gəlib. 

Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin sözçüsü Gündüz Abbaszadə deyib: 

"Şahruddin məşq edir. Komanda ilə birlikdədir. Amma bu, tam şəkildə məşq deyil. Fiziki formada qalmaq üçün olan təmrinlərdir. Təxminən 2 həftə sonra da tədricən qapıçı məşqlərinə başlayacaq. Qayıdışı yaxın günlərdə gözlənilmir. Yankoviç isə artıq bu gündən kollektiv məşqlərə qoşulub və qarşıdakı matçda meydana çıxmaq ehtimalı var".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər