Şahmatçımız mübarizəsini liderlər qrupunda davam etdirir

Şahmatçımız mübarizəsini liderlər qrupunda davam etdirir

Tunisdə 125 şahmatçının iştirakı ilə beynəlxalq turnir davam edir.

Fanat.Az xəbər verir ki, yarışda daha iki tur geridə qalıb. Azərbaycan şahmatçılarından Misrətdin İsgəndərov görüşlərindən birini qələbə, digərini heç-heçə ilə başa vurub.

Nərmin Kazımova bir qələbə, bir məğlubiyyət, Ülviyyə Fətəliyeva isə iki heç-heçə ilə yadda qalıb.

Beləliklə, 6 turdan sonra hesabında 5 xal olan Misrətdin liderdən 0,5 xal geri qalaraq 6-cı pillədə qərarlaşıb  Ülviyyə və Nərmin 4 xalla uyğun olaraq 23 və 28-ci sırada yer alıblar. 

Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər