"Şahin müəllimin hansı fikirləri səsləndirdiyini bilmirəm, amma..." - Əbdülqəni Nurməmmədov

"Şahin müəllimin hansı fikirləri səsləndirdiyini bilmirəm, amma..." - Əbdülqəni Nurməmmədov

"Səbail” klubunun Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov "dənizçilər" səfərdə "Qəbələ"ni yendikləri matçın ardından (1:0) Fanat.Az-ın əməkdaşının suallarını cavablandırıb:

 - Baş məşqçi Şahin Diniyev mətbuat konfrnsında komandanın hazırkı çıxışı və turnir cədvəlindəki mövqeyinin onun üçün gözlənilməz olduğunu dedi. Siz komandanın cari mövsümdəki çıxışını necə qiymətləndirərdiniz?

- "Qəbələ" ilə bugünkü oyunda mən heç-heçəyə də razı idim, obyektiv danışmaq lazımdır. Komanda niyə bu mövsüm daha yaxşı çıxış edir, gələn legionerlərin səviyyəsi ötən mövsümkü legionerlərlə müqayisədə daha yaxşıdır. 

- Komandanın qarşısına konkret hansı hədəf qoyulub, avrokuboklara vəsiqə, ya necə?

- Yox, avrokuboklara vəsiqə hədəfi qoyulmayıb. Şahin müəllimin hansı fikirləri səsləndirdiyini bilmirəm, amma şəxsən mən bu mövsüm üçün 5-6-7-ci yerə də razıyam. 

- Bəs komandanın potensialı necədir, hansı nəticəyə imkan verir?

- Potensial günü-gündən artır. Bu mənada mənə elə gəlir ki, daha yüksək yerlərə də oynamaq olar. 

- Təcrübəli futbol adamı kimi, çempionatımızın hazırkı səviyyəsini necə qiymətləndirərdiniz?

- Əvvəlki illərlə müqayisədə bu mövsüm maraq artıb. Həm ictimaiyyət tərəfindən, həm dövlət tərəfindən maraq, dəstək var. Buna görə də inkişaf var.

- Milli komanda ilə bağlı da fikirləriniz maraqlıdır. Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Milli komandanın dərdi hamımızın dərdidir. Məncə, komanda gəncləşdirilsə, daha yaxşı olar. Bəlkə də milliləşdirməni dayandırmalı, xarici futbolçulara milli pasport verməməliyik. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər