"Şahdağ" qələbəni qəzaya düşən hərbçilərimizə həsr etdi

"Şahdağ" qələbəni qəzaya düşən hərbçilərimizə həsr etdi

Region Liqasında Paytaxt və Şimal Regionunun B qrupunda IV turun son oyunu baş tutub.

Fanat.Az xəbər verir ki, bağlanış matçında "İrəvan"ı sınağa çəkən lider "Şahdağ Quba" rəqibini böyük hesabla məğlub edib - 5:1.

Quba təmsilçisi "Facebook" səhifəsi vasitəsilə paylaşım edərək qələbəni ötən gün Dövlət Sərhəd Xidmətinin helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həyatını itirən hərbiçilərimizə və yaralılara həsr etdiklərini bildirib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər