Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirininin sonuncu turunun görüşünə çıxacaq Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramniklə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, təmsilçimiz həlledici görüşdən öncə "Facebook" səhifəsində maraqlı paylaşım edib: "Gedək-görək, başımıza nə gəlir. Hər nə olur-olsun, çox sağ olun ki, varsınız və dəstəksiniz. İndi isə iş başına keçmək vaxtıdır. Uğurlar hamıya”.
Qeyd edək ki, turnir cədvəlinə 8 xalla Fabiano Karuana başçılıq edir. Şəhriyar Məmmədyarov və Sergey Karyakin 7,5 xalla 2-3-cü yerləri bölüşür. 33 yaşlı azərbaycanlı qrossmeyster turnirin qalibi olmaq üçün Kramniki mütləq yenməli, Karuana və Karyakinin məğlubiyyətlərinə ümid etməlidi. Xallar bərabər olduqda əlavə göstəricilərə - şəxsi görüşlər, qələbə sayı, Zonneborn-Berger əmsalına baxılacaq. Bunlarda da bərabərlik olarsa, martın 28-də tay-breyk keçiriləcək.
Fanat.Az