Sablyaçılarımız alman və türk rəqibləri ilə bacarmadılar

Sablyaçılarımız alman və türk rəqibləri ilə bacarmadılar

Macarıstanın paytaxtı Budapeştdə sablya üzrə gənclər arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.

Fanat.Az xəbər verir ki, oğlan sablyaçıların yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran Maqsud Hüseynli "32-liy"ə yüksəlmək uğrunda turnirin qalibi, Almaniya idmançısı Kolin Hizkoka 6:15 hesabı ilə uduzub.

Qrupu 3 qələbə ilə bitirən Saleh Məmmədov və Murad Əkbərov "64-lüy"ə yüksəlmək uğrunda müvafiq olaraq Almaniya və Türkiyə təmsilçiləri ilə qarşılaşıb. Saleh Məmmədov Almaniya idmançısı Robet Piçaya 8:15, Murad Əkbərov isə türkiyəli Öztürk Alkimə 13:15 hesabı ilə məğlub olub.

Qızların yarışında qrupda 2 qələbəsi olan Sofiya Mamina mübarizəni erkən dayandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər