“Sabah”ın şikayəti təmin edilmədi

“Sabah”ın şikayəti təmin edilmədi

AFFA "Sabah" klubunun şikayətini təmin etməyib.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi AFFA İntizam Komitəsinin (İK) Gənclər Liqasında "Araz-Naxçıvan"la oyundakı qərarından narazı qalıb.

İK matçın 15-ci dəqiqəsində təhlükəsizlik nümayəndəsi olmadığı üçün görüş dayandığına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edib və qarşılaşmanın dayandırıldığı vaxtdan (1:1 hesabı saxlanılmaqla) yenidən təşkilini məqsədəuyğun sayıb.

"Sabah"ın isə bu qərarla bağlı apellyasiya şikayəti təmin olunmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər