Rövnəq Abdullayev milli üzvləri ilə görüşdü - FOTOLAR

Rövnəq Abdullayev milli üzvləri ilə görüşdü - FOTOLAR
UEFA Millətlər Liqası çərçivəsində sabah Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının bu gün Bakı Olimpiya Stadionunda açıq məşqi olub.
 
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məşqdən əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının heyəti ilə görüşüb.
 
AFFA prezidenti millimizə UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Canni de Byazi çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.
 
Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər