Rusları bərabərlik də qane etmir - KONFEDERASİYALAR KUBOKU

Rusları bərabərlik də qane etmir - KONFEDERASİYALAR KUBOKU

Bu gün FİFA Konfederasiyalar Kuboku – 2017-də iki oyun keçiriləcək. Fanat.Az xəbər verir ki, A qrupunun son iki matçı eyni saatda başlayacaq.

 

Hesabında 3 xal olan Rusiya millisi 4 xal toplayan Meksika ilə görüşdə qələbə qazanmağa məhkumdu. Stanislav Çerçesovun komandasını bərabərlik də növbəti mərhələyə çıxarmayacaq. Meksikalılara isə heç-heçə bəs edir.

 

Qrupun 4 xala malik digər komandası - Portuqaliya Yeni Zelandiya ilə münasibətlərinə aydınlıq gətirəcək. Autsayderlə görüşdə Kriştiano Ronaldonun komandası liderlik şansından yararlanacaq.

 

Konfederasiyalar Kuboku – 2017

24 iyun

 

19:00. Meksika – Rusiya

 

19:00. Yeni Zelandiya – Portuqaliya

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər