"Rus azarkeşlərin əvəzinə mən utanıram" - Karpinin xanımı 

"Rus azarkeşlərin əvəzinə mən utanıram" - Karpinin xanımı 

Rusiya millisinin baş məşqçisi Valeri Karpinin arvadı Valeriya Karpina ölkəsinin yığmasının Tacikistanla keçirdiyi yoldaşlıq görüşündə (0:0) rəqibi təhqiramiz ifadələrlə aşağılayan rus azarkeşlərin davranışına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, Valeriya sosial şəbəkə hesablarında belə yazıb:

"Dünənki oyunda yaşananlardan xəbərim var. Təəssüf ki, bu matç barədə yazılan şərhləri də oxumuşam. Rəqibi təhqir edən azarkeşlərin əvəzinə utanıram. Əlbəttə, yalnız belə davranışı özlərinə yaraşdıran fanatları nəzərdə tuturam. Onlara qarşı artıq məndə immunitet yaranıb. Səninlə oynamağa razılaşan, millini isti qarşılayan ölkəni necə aşağılamaq olar? İdmanda bütün rəqiblərə hörmət etmək lazımdır". 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər