"Rus ayısı" müsəlmanları təbrik etdi

"Rus ayısı" müsəlmanları təbrik etdi
UFC 6 turnirinin qalibi, keçmiş MMA döyüşçüsü Oleq Taktarov müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib.
Fanat.Az xəbər verir ki, "Rus ayısı" bu barədə instaqram hesabında post paylaşıb:
"Dünyadakı bütün müsəlman izləyicilərimi Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm. Hamının bir-birinə qarşı daha dürüst və dözümlü olmasını arzulayıram".
Xatırladaq ki, daha əvvəl Oleqin Həbib Nurməhəmmədov haqqında danışarkən "vəhabi" sözünü işlətməsi narazılığa səbəb olmuşdu. Ardınca Aleksandr Yemelyanenko Taktarovu qafqazlıları əsassız tənqid etməkdə günahlandırmış və onu təhqir etmişdi. Hadisələrin davamında isə "Rus ayısı" Yemelyanenkonun onun üçün öldüyünü bildirmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər