Rüfət Dadaşov "Şalke 04"ün təklifini niyə geri çevirib? - AÇIQLAMA

Rüfət Dadaşov "Şalke 04"ün təklifini niyə geri çevirib? - AÇIQLAMA

"Şalke 04"ün ikinci komandasından ayrılan Rüfət Dadaşov klubun yeni müqavilə təklifini niyə geri çevirdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Bild" Azərbaycan millisinin sabiq forvardının dediklərini belə çatdırıb:

"Daha ciddi məqsədləri olan klubun formasını geyinmək istədiyim üçün yeni anlaşmaya qol çəkmədim. Yenidən yüksək hədəflər uğrunda mübarizə aparmaq istəyirəm. Ailəm və həyat yoldaşım Berlində yaşayır. İçimdə belə hiss var ki, evə qayıdıram".

Qeyd edək ki, 31 yaşlı Rüfət son dəfə 2019-cu ildə Azərbaycan yığmasının formasını geyinib. O, yığmada 25 matça çıxaraq 5 qol vurub. Dadaşov "Şalke 04"ün əsas komandasında da 2 oyun keçirməyə imkan tapıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər