Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Foneks Risinq”in mübarizə apardığı Amerika II Liqasının (USL) oyunları təxirə salınıb.
Fanat.Az xəbər verir ki, buna səbəb ABŞ-da koronavirus epidemiyasının yayılma ehtimalı olub. Bunu nəzərə alan liqa rəhbərliyi oyunları 1 ay müddətinə təxirə salıb.
Qeyd edək ki, komanda çemionatda keçirdiyi ilk oyundan qələbə ilə ayrılmışdı. Rüfət bu oyunda het-trik etmişdi.
Fanat.Az