"Mançester Siti"nin hücumçusu Qabriel Jesus karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.
Xəbərə görə, "Yuventus" braziliyalı futbolçunun xidmətində maraqlıdır. Ancaq keçid Kriştianu Ronaldunun Turin klubunu tərk edəcəyi təqdirdə baş tuta bilər.
Qeyd edək ki, 24 yaşlı "samba"çının "Mançester Siti" ilə 2 illik müqaviləsi var. Onun transfer dəyəri 60 milyon avrodur.
Röya