Ronaldunun möhtəşəm yubileyinə 1 top qaldı

Ronaldunun möhtəşəm yubileyinə 1 top qaldı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda - "Şerif"lə görüşdə (2:0) qol vuran "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu böyük yubileyin biraddımlığındadır.  Bu, Moldova təmsilçisinin qapısına matçın 39-cu dəqiqəsində penaltidən yol tapan 37 yaşlı ulduzun mövsümdə ilk qolu olub.

Fanat.Az-ın hesablamalarına görə, axır ki, "qol orucu"nu pozan Ronaldu klub karyerası ərzində 699-cu dəfə "mərmi"ni rəqib qapısından keçirib. 

Bu isə o deməkdir ki, yubiley - 700-cü qol çox yaxındadır.

Qeyd edək ki, daha öncə də MY-də çıxış etmiş Kriştianu "Sportinq", "Real Madrid" və "Yuventus"da da top qovub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər