"Ronaldunu dost sayıram, ancaq..." - Dalo əvvəllər demədiyini dedi

"Ronaldunu dost sayıram, ancaq..." - Dalo əvvəllər demədiyini dedi

"Mançester Yunayted"in müdafiəçisi Dioqu Dalo Portuqaliya millisindəki komanda yoldaşı Kriştianu Ronaldu ilə münasibətlərindən danışıb.

Fanat.Az xəbər verir ki, "FourFourTwo" onun sözlərini belə çatdırıb:

"Bunu əvvəllər deməmişəm, amma futbolda mənə heç kim Kriştianu qədər təsir etməyib. Həm meydanda, həm də meydandan kənarda...

Onu dost sayıram, ancaq bu, real səslənmir, çünki Ronaldu uzun illər mənim kumirim olub. Onunla ilk dəfə şəxsən AÇ-2020-də görüşmüşəm. Onunla keçirdiyim vaxt məni həmişə bilgi anlamında varlandırır. Belə desəm, Ronaldunun böyük təcrübəsindən, istedadından və müdrikliyindən hər dəfə nələrsə oğurlayıram".  

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər