Ronaldunu aldadıb pullarını aparan görün kim imiş? - Qurban təkcə o olmayıb

Ronaldunu aldadıb pullarını aparan görün kim imiş? - Qurban təkcə o olmayıb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edən ulduz futbolçu Kriştianu Ronaldu dələduzluq qalmaqalının qurbanı olub. 

Fanat.Az xəbər verir ki, məlumatı "Sports Manor" yayıb. 

Mənbənin məlumatına görə, 2021-ci ildə baş verən hadisənin üstü açılıb və günahkar artıq həbs olunub. Səyahət agentliyi tərəfindən şəxsi təyyarə və dəbdəbəli istirahət vədləri ilə aldadılan Ronaldu 300 min dollar ziyana düşüb. Lakin hadisənin qurbanı təkcə Kriştianu olmayıb. Belə ki, keçmiş futbolçusu Luis Nani və məşqçi Xorxe Mendeş də aldadılanlar arasında olub.

Məşhur futbol adamlarını 53 yaşlı Mariya Silva adlı qadın aldadıb. "Biznes"i ifşa olunan Mariya Silva mühakimə olunub və Porto məhkəməsi ona 4 il həbs cəzası verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər