ÇL-in F qrupunun I turunda oyunöncəsi isinmə hərəkətləri edərkən portuqaliyalı ulduz Kriştianu Ronaldunun (Cristiano Ronaldo) zərbə vurduğu top mühafizəçi xanıma dəyib.
Fanat.Az xəbər verir ki, zərbənin güclü olması səbəbindən xanım mühafizəçi yerə oturub. Bunu görən Ronaldu dərhal ona yaxınlaşıb və zərbənin təsirini ötüşdürmək üçün peşəkar məsləhətlər verib.
Həmin maraqlı anın videogörüntüsünü təqdim edirik:
Pure class, @Cristiano ?? ? IG/xalobaba91 pic.twitter.com/iUGBNFOiaQ
— 433 (@433) September 16, 2021
Qeyd edək ki, ÇL-in F qrupunun I turunda sözü gedən qarşılaşmada "Yanq Boyz"la
"Mançester Yunayted" üz-üzə gəlib. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Emin Şəmsiyev