İtaliya A Seriyasının turnir cədvəlində 3-cü pillədə mövqe tutan "Yuventus"un superulduzu Kriştianu Ronaldu "Twitter"də fəlsəfi post paylaşıb.
Fanat.Az xəbər verir ki, "Fiorentina" ilə matçın (1:1) ardından son günlər İtaliya mətbuatının əsas tənqid hədəflərindən olan portuqaliyalı bir cümlə ilə kifayətlənib:
"Uğur arzular bəhanələrdən çox olanda qazanılır".
Xatırladaq ki, Ronadlu son qolunu aprelin 7-də "Napoli"yə (2:1) vurub.
Atilla