Ronaldu özündən çıxdı, azarkeşlərin təzyiqi ilə üzləşdi

Ronaldu özündən çıxdı, azarkeşlərin təzyiqi ilə üzləşdi

"Əl-Nəsr" superulduzu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Kubokunun yarımfinal matçının sonlarında meydandan qovulub.

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, o, “Əl-Hilal” ilə görüşün (1:2) 86-cı dəqiqəsində rəqib oyunçu Renan Lodini dirsəyi ilə vurduğu üçün qırmızı vərəqə alıb.

Daha sonra kapitan sarğısını yerə çırpan 39 yaşlı portuqaliyalı yumruğunu referiyə göstərərək qeyri-idman hərəkəti də edib. O, paltardəyişmə otağına yollanarkən azarkeşlərin "Messi, Messi" sədaları eşidilib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər