Çempionlar Liqasının yeni mövsümünün iki gün əvvəl baş tutan püşkatma mərasiminə qatılan Kriştianu Ronaldu üstündəki zinət əşyalarıilə diqqəti cəlb edib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu tədbirə zinət əşyaları ilə birlikdə bahalı kostyumda gəlib.
"The Sun" Ronaldunun zinət əşyalarının qiymətini açıqlayıb. Söhbət 6 milyon funt-sterlinqdən (təxminən 7,1 milyon avro) artıq məbləğdən gedir.

Ən bahalı zinət əşyası içərisində 33 karatlıq almaz olan pencək sancağı olub. Dekorasiyanın dəyəri 3,8 milyon funt-sterlinqdir. Ronaldunun taxdığı saat 2,2 milyon funt-sterlinq dəyərindədir. Futbolçunun 18 karatlıq ağ qızıldan hazırlanmış sırğalarını isə 6500 funt-sterlinqə almaq olar.
Qeyd edək ki, Ronaldu hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir.
Mirağa