Ronaldu Xentoya çatmaq üçün iş yerini dəyişəcək - İDDİA

Ronaldu Xentoya çatmaq üçün iş yerini dəyişəcək - İDDİA

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu mövsümün sonunda iş yerini dəyişə bilər.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasını Çempionlar Liqasında oynamaq hüququ verən yerlərdən birində başa vurmasalar, superulduz satışa çıxarılmasını istəyəcək.

Mənbə portuqaliyalı hücumçunun "Real Madrid"in sabiq futbolçusu Fransisko Xentonun qitənin ən mötəbər klub turnirindəki rekordunu təkrarlamaq istədiyini vurğulayıb. 

Ronaldu 5, Xinto isə 6 dəfə ÇL-in qalibi olub.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər