"Əl-Nəsr"in portuqaliyalı superulduzu Kriştianu Ronaldu sabiq klubunu - "Real Madrid"i təbrik edib.
Fanat.Az xəbər verir ki, 39 yaşlı hücumçu bu gün yaradılmasından 122 il ötən İspaniya nəhənginə təbriklərini şəxsi "X" hesabı üzərindən çatdırıb:
"122 illik tarix münasibəti ilə Madrid ailəsini təbrik edirik! İrəli, Madrid!"
Xatırladaq ki, Ronaldu 2009-2018-ci illər aralığında "Real"ın uğurları üçün çalışıb.