Ronaldu MMA ulduzuna bahalı hədiyyə verdi - FOTO

Ronaldu MMA ulduzuna bahalı hədiyyə verdi - FOTO

Qarışıq döyüş növlərinin ulduzu, keçmiş UFC çempionu Frensis Nqannou Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldudan bahalı hədiyyə alıb.

Fanat.Az xəbər verir ki, bu barədə Nqannou sosial şəbəkə hesabında paylaşım edib.

38 yaşlı futbolçu britaniyalı boksçu Tayson Fyuri ilə döyüşə hazırlaşan dostuna saat hədiyyə edib. “Ronaldonun ürəyi” saatı 110 min funt sterlinq dəyərində qiymətləndirilir.

Ronaldu MMA ulduzuna bahalı hədiyyə verdi - FOTO Xatırladaq ki, Nqannou oktyabrın 28-də Səudiyyə Ərəbistanında dünya çempionu Fyuri ilə boks qaydalarına uyğun döyüşəcək.

Ronaldu bu ilin yanvarından Yaxın Şərqdə çıxış edir. Hücumçunun "Əl-Nəsr"lə müqaviləsinin müddəti 2025-ci ilin ortalarına qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər