"Ronaldu hegemonluq edir" - İDDİA

"Ronaldu hegemonluq edir" - İDDİA

"Meyson Qrinvud və Kriştianu Ronaldu arasında gərginlik olduğuna dair işarələr getdikcə daha da artır. Ronaldu "Mançester Yunayted"də hegemonluq edir".

Fanat.Az xəbər verir ki, belə bir iddia ilə İspaniyanın "El Nacional" nəşri çıxış edib.

Mənbə yazır ki, Meyson Qrinvud komandadakı mövqeyindən narazıdır və bunda Ronaldunu günahkar hesab edir.

Ronaldunun "Mançester Yunayted"in soyunub-geyinmə otağında davranışı Qrinvudu qəzəbləndirib. Portuqaliyalı futbolçu komanda yoldaşları üzərində tam nəzarəti ələ alıb və məşqçi ilə münasibətlərdə xüsusi statusa malikdir. Bir sözlə komandada hegemonluq Kriştianuya məxsusdur. 

Qrinvud bundan narazıdır və bu futbolçuya psixoloji olaraq təsir göstərir.

Qeyd edək ki, Ronaldunun özü də bir müddət öncə gənc futbolçuların qeyri-adi tərbiyəsini səbəb gətirərək onlarla yaxşı münasibətdə olmadığını dilə gətirmişdi. Meyson Qrinvud onlardan biridir. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər