Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada uçub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Foot Mercato" yayıb.
Xəbərə görə, 37 yaşlı ulduz Ər-Riyada bu şəhəri təmsil edən "Əl-Nəsr" klubunun rəsmiləri ilə görüşmək üçün yollanıb.
Daha öncə Ronaldunun "Əl-Nəsr"lə hər mövsüm üçün 200 milyon avro maaş qarşılığında 2,5 illik müqavilə bağlayacağı barədə xəbərlər yayılıb.
Xatırladaq ki, Kriştianu "Mançester Yunayted"dən ayrılandan sonra azad agent statusu daşıyır.
Nihat