Ronaldu "Enfild"ə təşəkkür etdi

Ronaldu "Enfild"ə təşəkkür etdi

"Mançester Yunayted"in futbolçusu Kriştianu Ronaldu "Instagram"da təşəkkür paylaşımı edib. 

Fanat.Az xəbər veri ki, İPL-in 30-cu turunda "Liverpul" meydana Kriştianusuz çıxan "Mançester Yunayted"i 4:0 hesabı ilə üstələyib.

Həmin qarşılaşmanın 7-ci dəqiqəsində mersisaydlı azarkeşlər Ronaldu yeni dünyaya gəlmiş övladını itirdiyinə görə ona dəstək nümayiş etdirərək alqışlayıblar. 

37 yaşlı futbolçu öz növbəsində rəqib tərəffdarlara minnətdarlığını çatdırıb: "Bir dünya... Bir idman... Bir böyük ailə... Təşəkkürlər, "Enfild". Ailəm və mən bu hörmət və şəfqət jestini heç vaxt unutmayacağıq!"

 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər