"Real"dan ayrılmaq istədiyi deyilən Kriştiano Ronaldoya təkliflər yağır. Fanat.Az xəbər verir ki, bunlardan bəziləri maraqlı tərəfləri ilə diqqəti çəkir.
Ronaldoya etdiyi təkliflə gündəmə gələn daha bir klub Rusiya "Arsenal"ı olub. Tula təmsilçisi təklifini rəsmi "Twitter" hesabından açıqlayıb: "Səni Tulada gözləyirik. Transferin üçün pulumuz yoxdu, çox gözəl samovar çayımız, dadlı kekslər və "Filimonovskie" oyuncaqları var".
Qeyd edək ki, bənzər təklifi Ronaldoya "Herta" da etmişdi.
Fanat.Az