Ronaldonun sevgilisi bir paylaşımla iki ölkəni qarışdırdı - FOTOLAR

Ronaldonun sevgilisi bir paylaşımla iki ölkəni qarışdırdı - FOTOLAR
Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesin Madrid Zooparkında çəkdirdiyi foto müzakirələrə səbəb olub.
Fanat.Az xəbər verir ki, Madriddə zooparkı ziyarət edən və fotolar paylaşan Corcina yer olaraq Turini işarələyib. Amma İspaniya mətbuatı əslində fotonun Madrid Zooparkında çəkildiyini müəyyənləşdirib.
Uşaqları ilə zooparkda əyləncəli zaman keçirən Rodrigesin bir fotosu isə qalmaqala səbəb olub. Belə ki, o, qoruyucu xətti keçərək zebr və zürafələrin ərazisinə daxil olub. Onun qadağan olunmuş əraziyə kimdən icazə alıb daxil olması İspaniya və İtaliyada müzakirələrə səbəb olub.
Ronaldonun sevgilisi bir paylaşımla iki ölkəni qarışdırdı - FOTOLAR
"Mediaset" proqramı Corcinanın qoruyucu səddi qanunsuz olaraq gizli şəkildə keçdiyi iddia edilib. Ronaldonun sevgilisi isə "Instagram"dan paylaşım edərək Madrid Zooparkı rəhbərliyini qoruyucu xətti keçməsi ilə bağlı xəbəri mətbuata sızdırmaqda günahlandırıb və bir daha bu zooparka getməyəcəyini bildirib.
 
Ronaldonun sevgilisi bir paylaşımla iki ölkəni qarışdırdı - FOTOLAR
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər