"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo "Malaqa" matçından sonra maraqlı bir hadisə yaşayıb.
Fanat.Az xəbər verir ki, topuğundakı ağrıya və bintə baxmayaraq, matça çıxan Ronaldo qarşılaşmadan sonra qız dostu Corcina Rodrigeslə birlikdə "Lamborqini" markalı avtomobili ilə evə getmək üçün yola çıxıb.
Lakin ağrısı şiddətlənən Ronaldo liman yaxınlığında dözməyib maşınını saxlayıb. Özəl səhiyyə xidmətlərinə zəng edən portuqaliyalı ulduz evinə təcili tibbi yardım maşınıyla qayıtmaq məcburiyyətində qalarkən, evakuator isə avtomobilini aparıb.
Qeyd edək ki, Kriştiano Ronaldo "Lamborqini"sini yeni alıb və onun qiymətinin 260 min funt olduğu bildirilir.
Fanat.Az