Roberto Karlosdan iddia:"Saut Melburn"u etalona çevirmək..."

Roberto Karlosdan iddia:"Saut Melburn"u etalona çevirmək..."

Braziliya yığmasının sabiq müdafiəçisi Roberto Karlos Avstraliya klubu “Saut Melburn”un baş məşqçisi ola bilər. Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, futbol dünyasının veteran ulduzu özü bu haqda danışıb:

 

“Baş məşqçi olsam, qarşıma ciddi məqsədlər qoyacam, yalnız qələbələr haqda düşünəcəm. Mentalitetim belədi. “Saut Melburn”u Avstraliya futbolunda etalona çevirmək başlıca hədəfim olacaq. Burda gördüklərim xoşuma gəldi. Klub A Liqada (Avstraliyanın elitası) oynasa, əməkdaşlığa başlayacağıq”.

 

Qeyd edək ki, “Saut Melburn” komandaların sayının artırılması nəticəsində 2018/19 mövsümündən A Liqada mübarizə apara bilər.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər