Riberi getməyə qərar verdi

Riberi getməyə qərar verdi

Fansa millisinin sabiq futbolçusu Frank Riberi karyerasını bitirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, İtaliyanın “Salernitana” klubunun yarımmüdafiəçisi butslarını mıxdan asmaq qərarına gəlib.

39 yaşlı ulduz futbolçu A seriyası təmsilçisi ilə müqaviləsini vaxtından əvvəl ləğv etməyi planlaşdırır. Keçən ildən “Salernitana”da çıxış edən Riberi bu mövsüm cəmi 2 oyunda meydana çıxıb.

Qeyd edək ki, Frank Riberi ötən mövsüm A seriyasında 22 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər