Reynaldonun 882 gün gözlədiyi qol

Reynaldonun 882 gün gözlədiyi qol
Topaz Premyer Liqasının XVIII turunun "Sabah”la oyunu (1:1) "Qarabağ”ın hücumçusu Reynaldo Silva üçün əlamətdar olub.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində hesabı açan braziliyalı futbolçu 882 gün sonra yenidən "Qarabağ” formasıyla Azərbaycan çempionatında fərqlənib. Silva Premyer Liqada sonuncu dəfə 2016-cı il sentyabrın 25-də "Kəpəz”lə (1:1) səfər oyununda rəqib qapısına yol tapmışdı.
Ümumilikdə isə, Reynaldonun son qolu 2016-cı il dekabrın 8-də Avropa Liqasının "Fiorentina”yla (1:2) matçına təsadüf edib. Bu qoldan da 807 gün sonra forvard yenidən Ağdam klubunun heyətində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Reynaldo qış fasiləsində Qazaxıstanın "Aktobe" klubundan "Qarabağ"a keçib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər