Renat oynadı, komandası liderliyə yüksəldi

Renat oynadı, komandası liderliyə yüksəldi
Portuqaliya Sequndasında XIV tura start verilib.
Fanat.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Renat Dadaşovun forma geyindiyi "Eştoril" "Oliveyrense"nin qonağı olub. 
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kleberin 72-ci dəqiqədə penaltidən vurduğu qol "Eştoril"ə qələbə qazandırıb.
Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Eştoril" liderliyə yüksəlib.
Qeyd edək ki, oyuna start heyətdə başlayan Dadaşov 59-cu dəqiədə matçda yeganə qolun müəllifi Kleberlə əvəzlənib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər