Renat Dadaşovun yeni klubu bəlli oldu - RƏSMİ

Renat Dadaşovun yeni klubu bəlli oldu - RƏSMİ

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov klubunu dəyişib.  

Fanat.Az xəbər verir ki, İngiltərə "Vulverhempton"undan ayrılan 23 yaşlı forvard keçmiş komandası İsveçrə "Qrasshopper"inə qayıdıb.

Məlumatı Sürix təmsilçisinin rəsmi saytı yayıb. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə icarə əsasında "Qrasshopper"də çıxış edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər