Renat Dadaşov İsveçrədə növbəti qola imza atdı - VİDEO

Renat Dadaşov İsveçrədə növbəti qola imza atdı - VİDEO

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə çempionatında növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, komanda V turun oyunları çərçivəsində səfərdə “Syon”la qarşılaşıb. 

Renat 2:2 hesabı ilə başa çatan görüşün iştirakçısı olub. İkinci hissədə meydana çıxan Dadaşov 63-cü dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Qrasshopper” hazırda 9 xalla 10 kollektiv arasında ilk pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər