Regekampf "Styaua"ya başçılıq edəcək? 

Regekampf "Styaua"ya başçılıq edəcək? 

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın "Styaua" komandasının sükanı arxasına əsas namizədlərdən biridir.

Fanat.Az xəbər verir ki, informasiya  "prosport.ro" saytına məxsusdur.

Klubun prezidenti Cici Bekali 47 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.

Funksionerin siyahısında, ümumilikdə 4 baş məşqçinin adı var. Lakin Regekampfın "Styaua"ya rəhbərlik etmə şansı çox aşağı qiymətləndirilir. Yerli mətbuat hesab edir ki, "Neftçi" ilə 2 illik müqaviləsi olan rumıniyalı mütəxəssis Azərbaycanda yaxşı məvacib alır.

Qeyd edək ki, 2012 - 2014 və 2015 - 2017-ci illərdə "Styaua"nın sükanı arxasında olmuş Laurentsiu Regekampf bir müddət öncə mətbuata açıqlamasında bu komanda ilə danışıq aparmadığını bildirmişdi. Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər