Rəcəb Tayyib Ərdoğan Ronaldunun harada oynayacağını dedi

Rəcəb Tayyib Ərdoğan Ronaldunun harada oynayacağını dedi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı hücumçu Kriştianu Ronaldunun karyerasını harada davam etdirəcəyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Goal" onun dediyini belə çatdırıb:

"Mənim əldə etdiyim məlumata görə, Ronaldu Səudiyyə Ərəbistanı çempionatında çıxış edəcək".

Qeyd edək ki, "Mançester Yunayted"lə vidalaşandan sonra azad agent statusu daşıyan 37 yaşlı forvardın "Əl-Nəsr"ə keçəcəyi barədə informasiyalar yayılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər