Raul Zidanın yerinə keçir

Raul Zidanın yerinə keçir
"Real"ın sabiq hücumçusu Raul Zinəddin Zidanın postunu əlindən ala bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Zidan komandanın göstərdiyi nəticədən asılı olmayaraq bu yay klubu tərk edəcək. 
Onun yerinə "Kral klubu"nun əvəzedici komandası "Real Madrid Kastilya"nın baş məşqçisi olaraq çalışan Raulun gətiriləcəyi iddia olunur. 
Qeyd edək ki, 43 yaşlı ispaniyalı 1994-2010-cu illər arasında "Real"ın şərəfini qoruyub. Bu müddətdə 550 oyunda iştirak edən veteran hücumçu 228 qol vurub.
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər