Raul prezident köməkçisi olacaq

Raul prezident köməkçisi olacaq

İspaniya millisinin və "Real"ın sabiq futbolçusu Raul Qonzales klubun prezidenti Florentino Peresin köməkçisi olacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə "Onda Cero" məlumat yayıb. 

Xəbərə görə, Raul vəzifəsinə 2017-ci ilin iyun ayında başlayacaq. Onun "Atletiko" ilə matça Peres ilə görüşmək üçün gələcəyi gözlənilir. 

40 yaşlı veteran futbolçu hazırda İspaniya Peşəkar Futbol Liqasının ABŞ-da səfiridir. 

Qeyd edək ki, Raul Qonzales "Real"ın yetirməsidir. O, 1994-cü ildən 2010-cu ilə qədər əsas komandada çıxış edib. Madrid klubunun heyətində 6 dəfə İspaniya , 3 dəfə isə Çempionlar Liqasının qalibi olub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər